Dünyanın danışdığı S-400-lərin yaradıcısı azərbaycanlıdır

11:33 - 18 İyul 2019 - Xəbər

Türkiyənin Rusiyadan aldığı dünyanın ən yaxşı hava müdafiə sistemlərindən biri olan S-400 raketlərinin istehsalçısının Azərbaycanlı olan İqor Aşurbəyli olduğu məlum olub.

Ucnoqta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünyanın ilk gündəmi olan S-400 haqqında yeni məlumatlar ortaya çıxır. Dünyanın ən yaxşı hava müdafiə sistemi kimi göstərilən S-400 raketlərinin istehsalçısı azərbaycanlıdır.

Məsələ ilə bağlı Rusiya Araşdırmalar İnstitutu da sosial media hesabında paylaşım edib:
“İqor Aşurbəyli Rusiyada Azərbaycan əsilli elm adamıdır. “S-300” və “S-400”ün yaradıcısıdır”.

Rusiyanın hərbi sənayesinin istehsal etdiyi S-300 Favorit və S-400 Triumf raket əleyhinə müdafiə sistemləri istehsal edən Rusiyanın ən çox gizli sənaye təşkilatı olan "Almaz-Antey" elmi-tədqiqat şirkətinin keçmiş direktoru İqor Asurbəylidir.


İqor Aşurbəyli kimdir?

İqor Aşurbəyli 1963-cü ildə Bakıda anadan olmuşdur. Mühəndis və sahibkardır. O, Azərbaycan tarixində nüfuzlu nəcib ailəyə məxsusdur. Uzun illər Rusiyada yaradılmış enerji şirkətinin meneceri olmuşdur. 2016-cı ildə nanotexnologiya sahəsindəki fəaliyyətləri üçün UNESCO tərəfindən elm üçün medal qazandı.

Xəbər xətti