Mərdəkanda qaz olmayacaq

10:59 - 18 İyul 2019 - Xəbər

Mərdəkanda təbii qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərinin sınaq işləri ilə bağlı olaraq qaz təchizatının dayandırılmasına  zərurət yaranmışdır.

Buna görə də bu gün saat 11.30-dan işlər başa çatanadək Mərdəkan bağları yaşayış massivinin 2000 abonentinin qaz təchizatı müvəqqəti olaraq saxlanılacaq.

Xəbər xətti