XİN: ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartması qərarı müttəfiqlik ruhuna ziddir

08:38 - 18 İyul 2019 - DÜNYA

ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartması qərarı müttəfiqlik ruhuna zidd olan birtərəfli və qanunsuz addımdır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir:

"Ağ Ev və ABŞ Müdafiə Nazirliyi bəyan etdi ki, bizim ölkəmiz S-400 komplekslərinin alınmasına görə F-35 proqramından çıxarılacaq. Bu birtərəfli addım müttəfiqlik ruhuna zidddir və qanuni əsaslara söykənmir. F-35 proqramının əsas tərəfdaşlarından biri olan Türkiyənin proqramdan çıxarılması ədalətsizdir. S-400 komplekslərinin F-35 qırıcılarına təhdid doğurması barədə iddialar əsassızdır. Türkiyənin bu məsələ üzrə NATO ilə birgə işçi qrupunun yaradılması barədə cavabsız qalan təklifi ABŞ-ın bu problemi vicdanla həll etmək istəməməsinin göstəricisidir".

Qeyd edilir ki, ABŞ Türkiyə ilə əlaqələrin vacibliyini yalnız sözdə deyil, həm də hərəkətlərlə göstərməlidir: "Biz ABŞ-ı strateji əməkdaşlığımıza düzəlməz ziyan vuracaq bu səhvdən imtina etməyə çağırırq".

Xəbər xətti