“Azercell Telekom” MMC-nin rəsmi mövqeyi

20:06 - 17 İyul 2019 - Xəbər

17 İyul 2019-cu il tarixində  “tech.liga.net” saytında və bəzi başqa saytlarda yerləşdirilən “Большие деньги. Компания из Баку приценивается к Vodafone Ukraine” https://tech.liga.net/telecom/article/bolshie-dengi-kompaniya-iz-baku-pritsenivaetsya-k-vodafone-ukraine - başlıqlı yazıya “Azercell Telekom” MMC olaraq aydınlıq gətirmək istərdik.

Vurğulamaq istərdik ki, məqalədə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir və fərziyyələrə əsaslanaraq oxucularda yanlış fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyildir. Həmçinin, peşəkar jurnalist etikasına uyğun olaraq, məqalə yerləşdirilməmişdən  öncə məsələ ilə bağlı “Azercell Telekom” MMC-nin rəsmi mövqeyi soruşulmamış və heç bir dəqiqləşdirilmə aparılmayıb.

Yuxarıda sadalanan məqamları nəzərə alaraq, oxucuları bu növ xəbərlərdə qeyd edilən məlumatlara inanmamağa səsləyirik.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib:
GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Xəbər xətti