Qazaxda üçotaqlı ev yanıb

19:05 - 17 İyul 2019 - HADİSƏ

Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 120 m² olan 1 mərtəbəli 3 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, evin dam örtüyü və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

 

Xəbər xətti