6 ayda 343 nəfər İİV-ə yoluxub, onların 31-i narkomandır

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 6 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1992-01.07.2019-cu il tarixədək yoluxma hallarının 42,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında göstərilib.

Məlumata görə, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7762 nəfərdən, 3222 xəstə, inyeksion narkotik istifadəçiləri olublar ki, onların da 2556 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.

Eyni zamanda, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 6 ayında İİV-ə yoluxmuş 343 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub./trend

Tarix
17 İyul 2019 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-17 18:30:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin