Bu ərazilərdə su olmayacaq

17:09 - 17 İyul 2019 - Xəbər

Abşeron rayonu, Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Bakının Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə  “Azərsu” ASC-dən məlumat verilib.
Məhdudiyyətlər gecə saatlarına qədər davam edəcək.
Bunun səbəbinin magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə bağlı olduğu bildirilir.

 

Xəbər xətti