İsmayıllıda yol qəzası: xəsarət alanlar var - Foto

21:20 - 16 İyul 2019 - HADİSƏ

İsmayıllı rayonunda avtomobil qəzası baş verib.

Hadisə İsmayıllı-Muğanlı avtomobil yolunda qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən VAZ markalı minik avtomobili qarşı tərəfdən gələn BMW markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü və sərnişinləri xəsarət alıblar. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report


Xəbər xətti