Şamaxıda iki mərtəbəli ev kül oldu - Foto

19:00 - 16 İyul 2019 - HADİSƏ

Şamaxıda yaşayış evi yanıb.

Hadisə şəhərin Aşıq Məmmədağa küçəsində baş verib.

Yanğın nəticəsində üç ailənin yaşadığı iki mərtəbəli, dörd otaqlı ev yanaraq, külə dönüb.
Hadisə yerinə FHN yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib.
Yanğının söndürülməsi və qonşuluqdakı yaşayış evinə keçməsinin qarşısını alınması yönündə işlər davam etdirilir.

Ev sahibinin sözlərinə görə, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb./oxu.az

 

Xəbər xətti