Ana səhifə
25 Sentyabr 2018

Dəmirtaş həbs oluna bilər

Ucnoqta.az” xəbər verir ki, Türkiyədə kürd yönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş həbs edilə bilər.

"Kanal7" telekanalının verdiyi məlumata görə, S.Dəmirtaş ölkənin cənub vilayətlərinin sakinlərini kütləvi iğtişaşlara çağırmaqda ittiham edilir.

Daha əvvəl verilən məlumata görə, başda S.Dəmirtaş olmaqla HDP kürd əhalini Ankaranın Suriyanın Kobani şəhərindəki hadisələrə müdaxilə etməmə siyasətinə qarşı çıxmağa çağırmışdı. Kobanidə son günlər kürdlər və "İslam Dövləti" silahlıları arasında döyüşlər gedir.

Bununla əlaqədar kürdlərin Türkiyədə keçirdiyi etiraz aksiyaları nəticəsində 36 nəfər ölüb.

Tarix
11 Oktyabr 2014 [13:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin