Astarada 6 uşaq anası su anbarında boğuldu

Astarada orta yaşlı qadın ehtiyatsızlıq ucbatından su anbarında boğulub.

Bu gün səhər saatlarında rayonun Kijəbə qəsəbəsində Dürriyə kənd sakini, 1971-ci il təvəllüdlü Ağabacı Canhəsən qızı Məmmədova həyat yoldaşı ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq istəyib.

Yaxınlıqdakı Lovayın su anbarına gedən qadının gec qayıtmasından narahat olan Bəşir Əzizov oraya yaxınlaşanda A. Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran filialına təhvil verilib.

Qeyd edək ki, Lovayın su anbarından yuyunmaq üçün istifadə qadağan olunsa da, son iki ildə sözügedən ərazidə 6 nəfər boğulub.
Faktla bağlı araşdırma aparılır./Apa

Tarix
16 İyul 2019 [13:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-16 13:45:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin