Ağstafada “Mercedes” divara çırpıldı: bir ölü, iki yaralı

21:57 - 15 İyul 2019 - HADİSƏ

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Yuxarı Göycəli kəndinə olub.
“Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını divara çırpıb.

Hadisə nəticəsində maşında olan Qazax rayon İkinci Şıxlı kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev İsmət Mahmud oğlu ölüb.
Onun həmyerliləri, 1991-ci il təvəllüdlü Şamxalov Nicat Rafiq oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Fuad Elman oğlu isə yaralanıblar.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti