"Meqafon" Azərbaycan xalqından üzr istəyib

21:35 - 15 İyul 2019 - Xəbər

Rusiyanın "Meqafon" mobil operatoru Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.

Bu barədə şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib. “Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”, - o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma “Dağlıq Qarabağ Respublikası”nda xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi. Bundan sonra Rusiyada yaşayan azərbaycanlılar "Meqafon"un abunəçisi olan həmvətənlərini sosial şəbəkələr vasitəsilə həmin şirkətlə əməkdaşlığa son verməyə çağırmışdılar. /report

Xəbər xətti