Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - Foto

19:49 - 15 İyul 2019 - HADİSƏ

Bakıda yol qəzası baş verib.

Hadisə bu gün saat 18:50 radələrində Aeroport yolunda qeydə alınıb.
Belə ki, KN-100-RDA Gürcüstan dövlət nömrəli nişanlı "Mercedes" markalı avtomobil idarəetməni itirərək 90-TD-723 dövlət qeydiyyat nişanlı "KİA Rio" markalı avtomobilə çırpılıb. Nəticədə bir nəfər yüngül dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır./report

 


Xəbər xətti