Gürcüstanda azərbaycanlı ailəyə məxsus evdə güclü yanğın baş verib

18:52 - 15 İyul 2019 - DÜNYA

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın ikimərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın güclü olduğundan ev əşyalarının çıxarılması mümkün olmayıb.
Evdə beş nəfərdən ibarət ailə yaşayır. Onların yanğın nəticəsində xəsarət almadığı bildirilir.
Yanğının söndürülməsinə üç yanğınsöndürən briqada, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yanğının başvermə səbəbi hələ məlum deyil.

Xəbər xətti