“Keçikçidağ”da baş verən insidentlə bağlı - AÇIQLAMA

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi “Keçikçidağ”da baş verən insident barədə məlumat yayıb. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sözügedən hadisə 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində qeydə alınıb.

“DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

İnsident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib”.oxu.az

Tarix
15 İyul 2019 [16:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-15 16:13:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin