Bakıda 9 manata görə quldurluq edən şəxsə hökm oxundu - 8,3 il

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, S.Vəliyev 8 il 3 ay azadlıqdan məhrum edilib.

S.Vəliyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirli bilinib.
İttihama görə, 1997-ci il təvəllüdlü S.Vəliyev mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tanımadığı İlkin Abdullayev adlı şəxsə yaxınlaşaraq pul istəyib. İlkin qorxaraq cibində olan 11 manatı Səidə verib. İttihamda o da göstərilir ki, Səid aldığı 11 manatdan ikisini İlkinə geri qaytarıb ki, yol pulu etsin. Bundan sonra Səid polis əməkdaşları tərəfindən saxlanılıb.

O, digər şəxsə qarşı da eyni əməli törətməkdə ittiham edilir./trend

Tarix
15 İyul 2019 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-15 15:47:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin