Bakıda avtomobildən 850 manat pul, bahalı əşyalar oğurlandı

13:53 - 15 İyul 2019 - HADİSƏ

Bakıda avtomobildən oğurluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 3-də rayon ərazisindəki avtomobillərin birindən 850 manat, noutbuk, sənəd və açarlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bağırov saxlanılıb.

Ondan 1 ədəd 100 manatlıq saxta əskinas, 1 ədəd bıçaq və 1,780 qran heroin aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.

Xəbər xətti