Ukraynada 32 yaşlı azərbaycanlı deputatlığa namizədliyini irəli sürüb

Ukraynada yaşayan 32 yaşlı azərbaycanlı deputatlığa namizədliyini irəli sürüb.

1987-ci il təvəllüdlü Fərhad Davud oğlu Quliyev Ukrayna Ali Radasına keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 39 saylı birmandatlı seçki dairəsinə sənədlərini təqdim edib.

Qeyd edək ki, F.Quliyev Ukraynanın Dneproprtrovsk vilayətində anadan olub. Heç bir partiyanın üzvü deyil. O, hazırda Kiyev şəhər dövlət administrasiyasında inşaat və mənzil təminatı departamentində məhkəmə və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək./report

Tarix
15 İyul 2019 [13:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-15 13:29:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin