10 nəfər pizzadan zəhərləndi

11:33 - 15 İyul 2019 - DÜNYA

Ukraynada pizzaxanada zəhərlənmə baş verib. Hadisə Lutsk şəhərində "Feliçita" adlı pizzaxanada qeydə alınıb. Pizza yedikdən sonra 10 nəfərin xəstəxanaya müraciət etdiyi bildirilir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti faktı təsdiq edib. Xidmətdən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
"Feliçita" pizzaxanasında isə epidemiya əleyhinə profilaktik tədbirlər görüldüyü qeyd edilir./trend

Xəbər xətti