Ana səhifə
23 Sentyabr 2018

Məşhurlar Bayrağımızı belə izlədilər - FOTOLAR

İzləyiçilər arasında Olimpiya çempionları da olub

 

 

Bu gün Azərbaycanın ən böyük bayrağı havaya qaldırılıb. İlk dəfə ictimaiyyət üçün açıq olan prosesi onlarla sadə vətəndaşla yanaşı tanınmışlar da izləyib. Onların arasında idmançılar, müğənnilər, deputatlar da olub.

 

Ucnoqta.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə bayrağımızın 162 metrə ucaldılmasını izləyənlər arasında əməkdar artist Ədalət Şükürov, Elnur Məmmədli,Səidə Sultan, Olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Qənirə Paşayeva da var idi.

 

Qeyd edək ki, ən böyük bayrağımızın çəkisi 350 kiloqramdır. Onun 162 metrlik dirəyi dünyada ən hündür bayraq dirəyi adına layiq görülüb. Bayrağın eni 35, uzunluğu 70 metrdir

 

Nəhəng bayrağı 40-a yaxın insan çiynində meydana gətirib.

Tarix
11 Oktyabr 2014 [13:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin