İyulun 17-də ikinci Ay tutulması baş verəcək

11:13 - 15 İyul 2019 - Xəbər

İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  verilən məlumata görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq. /olke.az

Xəbər xətti