Yalçın Rzazadə müalicə üçün Türkiyəyə aparılıb

Səhhətində ciddi problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.

Ucnoqta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Xalq artistinin oğlu Yusif Rzazadə deyib. O bildirib ki, atası bu ölkədəki xəstəxanaların birində tam müayinə və müalicə kursu keçəcək: "Hazırda müayinələr bitib və atamın müalicəsi davam etdirilir".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb.
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

Tarix
15 İyul 2019 [09:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-15 09:57:34
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin