Azərbaycanlı aktrisa vəfat etdi

21:10 - 14 İyul 2019 - Xəbər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova dünyasını dəyişib.

Bu barədə sözügedən teatrın aktrisası Telli Hüseynova şəxsi “Facebook” hesabında məlumat paylaşıb.
E.Hidayətova 62 yaşında vəfat edib.

Qeyd edək ki, aktrisa Elmira Xaliq qızı Hidayətova 8 fevral 1957-ci ildə Bakıda anadan olub. O, “O olmasın, bu olsun”, “Hələlik”, “Bankir adaxlı”, “Səhnədə məhəbbət”, “Məhəbbət oyunu”, “Qırmızı papaq”, “Şən dul qadın”, “Əlin cibində olsun” və digər məşhur tamaşalarda çıxış edib./oxu.az

Xəbər xətti