Şəkidə xəsarət alanların 4-ü helikopterlə Bakıya göndərilir

18:50 - 14 İyul 2019 - Xəbər

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan İlkin Məmmədov (ağır dərəcəli kəllə-beyin travması, sağ ayağın sınığı), Sara Hasan (sağ bud sümüyünün qapalı travması), Farik Həsən, Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı), helikopterlə KTM-ə göndəriliblər. 

Digər xəsarət alan Elxan Məmmədov (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, Bakıdan FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492-55-40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498-78-46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlətimizin başçısının xüsusi nəzarətindədir./report

Xəbər xətti