Cəlilabad sakininin evi dördüncü dəfə yanıb - FOTO

13:07 - 14 İyul 2019 - HADİSƏ

Cəlilabad sakininin evində dördüncü dəfə yanğın baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Bədirli kəndində baş verib. Kənd sakini Zakir Əliyevə məxsus ev yanıb. Yataq otağından başlayan yanğın qısa zamanda evi tamamilə bürüyüb. Hadisə yerinə FHN-nin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını çağırılsa da, evin əksər hissəsi tamamilə yanıb.

Ailə üzvləri xəsarət almayıb. Ancaq artıq 4-cü dəfədir ki, evdə yanğın olması diqqət çəkir. Ailə üzvləri yanğının əvvəllər də məhz yorğan-döşəkdən başladığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti