Avtomobili təhlükəli idarə edən sürücüdən QƏRİBƏ İZAHAT- VİDEO

18:14 - 13 İyul 2019 - Xəbər

 Polisə "dərs keçən" sürücünün işinə Mingəçevir Şəhər Məhkəməsində baxılacaq

Hərəkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücünün kimliyi müəyyən olunub. Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs 35 yaşlı Mingəçevir şəhər sakinidir: "Onunla profilaktik söhbət aparılıb, əməlinin hüquqazidd olduğu izah olunub. Lakin həmin şəxs öz çoxillik sürücülük təcrübəsini əsas gətirərək bu əməlinin heç də təhlükəli olmadığını bildirib".

Vaqif Əsədov qeyd edib ki, inzibati xəta tərkibi yaradan sürücünün əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Xəbər xətti