Bakıda moped piyadanı vurub öldürdü

16:00 - 13 İyul 2019 - HADİSƏ

Bakıda mobed piyadanı vurub öldürüb.

Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

1997-ci ildə Masallı rayonunda anadan olmuş, Masallı şəhəri, H.Əliyev prospekti, ev 56, mənzil 6-da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi, dəniz yolu küçəsi, nömrəsiz yeni tikili evdə yaşayan Məmmədov Elvin Salman oğlu idarə etdiyi “Mondeal” markalı mopedlə Buzovna-Mərdəkan şossesi, Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirlik yeni yaşayış sahəsində yaşayan 1957-ci il təvəllüdlü Samonin Qriqori Pavloviçi vurub.

Piyada sol ayağın açıq sınığı, döş qəfəsinin küt travması və baş beyinin əziyi xəsarəti ilə 3 saylı Birləşmiş şəhər xəstəxanasına yerləşdirilsə də aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Məlumatla əlaqədar Xəzər RPİ-nin İŞ tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti