"Barselona"dan PSJ-yə FANTASTİK TƏKLİF - Neymar üçün

15:30 - 13 İyul 2019 - İDMAN

"Barselona" PSJ-dən ayrılmaq istəyən Neymarı heyətinə qatmağa hazırlaşır.

Qol.az-ın "Bild" nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi sabiq hücumçusu üçün qarşı tərəfə 130 milyon avro və 3 futbolçu verməyə hazırdır. İddiaya görə, ispanlar Paris klubuna Filippe Koutinyo, Usman Dembele, Nelson Semedu və Samuel Umtitini təklif edəcəklər. Fransızlar sözügedən oyunçulardan istədiyi üç nfəri özü müəyyənləşdirəcək.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib.

Xəbər xətti