Yevlaxda iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb

09:25 - 13 İyul 2019 - HADİSƏ

Yevlax rayonunda yol qəzası baş verib. 

Hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobilin başqa bir nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində Samux rayon sakinləri - 1982-ci il təvəllüdlü Elşad Dadaşov və onun oğlu, 2009-cu il təvəllüdlü Ayxan xəsarət alıb. Hər iki yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin qənaətbəxş, digərininkinin isə kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti