Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

09:20 - 13 İyul 2019 - Xəbər

Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sumqayıt, Zağulba, Lökbatan və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər (onlardan 4 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Xəbər xətti