Sumqayıtda “KamAZ” 24 yaşlı qızı vuraraq öldürüb

22:17 - 12 İyul 2019 - HADİSƏ

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Səməd Vurğun küçəsində “Hacı Zeynalabdin Tağıyev” istiqamətinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 1995-ci il təvəllüdlü Əhmədzadə Səbinə Elçin qızını “KamAZ” markalı yük avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Qəzanı törədən yük avtomobilinin sürücüsü saxlanılıb.
Faktla bağlı araşdırm aparılır./Apa

Xəbər xətti