Əmircanda maşınla vurulan qadın xəstəxanada ölüb

21:07 - 12 İyul 2019 - HADİSƏ

Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 65-70 yaşlı qadın yerləşdirildiyi xəstəxanada ölüb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 10-da saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 65-70 yaşlı qadın vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs iyulun 11-də orada ölüb.

Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər xətti