Binəqədidə “KamAZ”la “Renault” toqquşub - Ölən var

17:01 - 12 İyul 2019 - HADİSƏ

Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, iyulun 11-də saat 14 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bərdə rayon sakini P.Musayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Nəbi Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./trend

 

Xəbər xətti