Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

09:18 - 12 İyul 2019 - HADİSƏ

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 127 m² olan 3 otaqlı ofisin mətbəxində 5 m² sahədə mebel və 1 ədəd məişət avadanlğı yanıb.

Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

 

Xəbər xətti