Ana səhifə Mobil versiya
17 Sentyabr 2019

Bazarlarda bahalıq davam edir: Xaçmaz pomidoru da qiyməti azaltmayacaq - Video

Hazırda bazarlarda 1 kiloqram pomidorun qiyməti 1.20 - 1.60 manat arasında dəyişir. Bu, ötən illə müqayisədə 30-40 faiz bahadır.

Yerli məhsulların xeyli hissəsi bazara çıxarılsa da, bu, qiymətlərin enməsinə təsir etməyib.

Xaçmazda əkilən pomidorun bazara çıxarılmasına da xeyli vaxt var. Xüsusən hava şəraitinin əlverişli keçməməsi Xaçmaz pomidorunun bazara vaxtında çıxarılmasına təsir edib.

Mütəxəssislər yerli məhsulun bazara çıxmasının da qiymətlərə təsir etməyəcəyini deyirlər. Çünki sahələrdə xəstəliklərin olması və həşəratların məhsula ziyan vurması məhsuldarlığı xeyli aşağı salıb.

Təsərrüfatçılar isə bir ay əvvəl Azərbaycana kütləvi axın edən kəpənəklərin pomidor sahələrinə ciddi zərər vurduğunu düşünürlər.

/Oxu.az
Tarix
11 İyul 2019 [17:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-11 17:25:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin