Bakıda yol qəzası olub, ölən və yaralanan var - Video

17:04 - 11 İyul 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Xocasən-Sədərək avtomobil yolunda qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan "Renault-Logan" markalı minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb 1-i yaralanıb.

Faktla bağlı araşdırmalara başlanılıb. /report

Xəbər xətti