Bakının Sabunçu rayonunda 16 yaşlı qız itkin düşüb.
Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yaşayan 2003-cü il təvəllüdlü Seyidzadə Aysun Sadiq qızı dünən saat 11 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə hüquq-mühafizə orqanlarına qızın anası, 1971-ci il təvəllüdlü Seyidova Xəyalə Xəlil qızı ərizə ilə müraciət edib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./oxu.az