"Azercell"dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti!

Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin gündəlik və işgüzar həyatını daha da rahat etməyi hədəfləyən Azercell Telekom bu sıradan olan daha bir yeniliyə imza atıb. Belə ki, şirkət dünyanın rəqəmsal xidmətlərini korporativ müştərilərinə əlçatan etmək məqsədi ilə kiçik və orta sahibkarlar üçün “Business Web” - veb-sayt yaratma xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə Azercell korporativ müştərilərinə öz bizneslərini veb-sayt kimi rəqəmsal ünsiyyət vasitəsinin köməyilə inkişaf etdirməkdə dəstək olacaq. Bulud texnologiyaları üzərindən çalışan “Business Web” xidməti çərçivəsində təklif edilən sayt idarəetmə həlli “Windows” və “Mac OSX” əməliyyat sistemlərini dəstəkləyir. Müxtəlif məzmunlu səhifələrin yaradılması üçün ayrı-ayrı tətbiqlərin mövcudluğu saytın idarə olunmasını daha sürətli və effektiv edir. Yeni yaradılmış xidmət də daxil olmaqla, Azercell-in korporativ abunəçiləri üçün geniş çeşiddə məhsul və həllər təklif etməsi onun etibarlı telekom tərəfdaşı kimi töhfəsini bir daha vurğulayır. Korporativ abunəçilər [email protected] ünvanına müraciətlərini göndərməklə, Azercell-in yaratdığı bu fürsətdən yararlana bilər. Yeni xidmət haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/busInessweb/ Azercell rəqəmsal dünyada sizin biznesinizin inkişafını dəstəkləyir!
Tarix
11 İyul 2019 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-11 14:20:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin