Bakı sakinləri qorxu içində: Sürü ilə gəzirlər, üstümüzə cumurlar - Video

Bakı küçələrində sahibsiz heyvanlar sakinləri narahat edir. Küçə itlərinin quduzlaşması, son vaxtlar hətta azyaşlılara hücumu insanların bu narahatlığını daha da artırıb.

Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin hazırladığı videoçarxda paytaxt sakinləri küçə itləri ilə bağlı yaşadıqları problemlərdən bəhs ediblər.
Sakinlər bildirir ki, küçə itlərinin səhərə qədər ulaşması evdə körpələrin yatmasına imkan vermir. Axşam saatlarında uşaqlar həyətdə oynamaq istəsələr də, itlərə görə bayıra çıxa bilmirlər.

“1921 - qaynar xətt”inə edilən zənglərə cavab olaraq tədbirlər görülsə də, ərazidə sahibsiz itlər hələ də çoxdur.

Suraxanı rayon sakinləri də itlərin əlindən tərpənə bilmədiklərini deyir. Uşaqları nə həyətə buraxa, nə də məktəbə rahat göndərə bilirlər.
Bəziləri isə sahibsiz heyvanların hamısının bir məkanda saxlanılmasını, itlərə ziyan vermədən sığınacaqlara yerləşdirilməsini təklif edirlər.

Sakinlər itlərin sürü ilə gəzdiyini, insanların üstünə cumduğunu da bildirirlər./oxu.az

Tarix
11 İyul 2019 [13:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-11 13:40:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin