Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - Foto

10:31 - 11 İyul 2019 - HADİSƏ

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 93-cü kilometrliyində, rayonun Qorağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini 1955-ci il təvəllüdlü Məmmədvəli Xanlar oğlu Nəsibovun idarə etdiyi 08-BJ-023 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobillə Qaxın Almalı kənd sakininin idarə etdiyi "VAZ-2107" markalı digər avtomobil toqquşub.
Nəticədə "VAZ"da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./report


Xəbər xətti