Masallıdakı dəhşətli qəzanın təfərrüatı məlum olub.
“Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb. Dəhşətli qəzada mikroavtobusdan yalnız 24 yaşlı qadın – 1995-ci il təvəllüdlü, Lerik rayonu Kəlvəz kənd sakini Tağıyeva Miranə Atalı qızı yaralı halda Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“KAMAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.
İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər./Oxu.az