Bakıda parkda qızlar saçyolduya çıxdılar -VİDEO

09:56 - 9 İyul 2019 - Xəbər

Ötən gün Bakının Nərimanov rayonunda qızlar əlbəyaxa dava ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Verilən məlumata görə, Nərimanov metrostansiyası yaxınlığındakı parkda 4 qız dava salıblar.

Qızlar bir-birinin saçını yolublar və söyüş söyüblər. Əraziyə polis bölmələrinin qüvvələri çağırılıb. Polislər çox çətinliklə də olsa qızları ayırmağa nail olublar.
2 qız polislərin əlindən qaçaraq ərazini tərk edib.
Hadisənin görüntülərini təqdim edirik.
​Qeyd edək ki, təqdim etdiyimiz videoda qızlar xoşagəlməz ifadələr işlədirlər. 

Xəbər xətti