Türkiyədə kütləvi zəhərlənmə- yüzdən çox insan xəstəxanaya yerləşdirilib

07:59 - 9 İyul 2019 - Xəbər

Türkiyənin Gümüşxane vilayətində 120 nəfər sudan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Vilayətin bəzi kənd sakinləri zəiflik, sancı, ürəkbulanma, qusma, diareya, baş ağrısı və tərləmə şikayəti ilə xəstəxanaya müraciət ediblər.

3 gün müddətində xəstəxanaya müraciət edən 120 nəfər ambulator müalicəyə buraxılıb.
Vilayətin səhiyyə işçiləri tərəfindən aparılan ilkin araşdırmalara görə, suda bağırsaq basili və koliform bakteriyaları aşkar edilmişdir./trend

Xəbər xətti