Ana səhifə
20 Avqust 2018

“QHT-lər gizli xarakterli 5-ci kalonluq edə bilməyəcəklər” - Rufiz Qonaqov

“Azərbaycan tam demokratik bir ölkədir”

 

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun Adalet.az-a müsahibəsi.

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

- Rufiz bəy 2014-cü il başa çatır. Bu ili Azərbaycan Vətəndaş Cəmiyyəti üçün necə səciyyələndirmək olar?

- 2014-cü il ümumilikdə Azərbaycan vətəndaş cəmiyyəti və QHT-lər üçün bir qədər gərgin il olub. Həm ölkəmizdə keçirilən tədbirlər, həm QHT-lərlə bağlı olan qanunlara dəyişikliklər, həm də bəzi qeyri-hökumət təşkilatlarının xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığının üzə çıxması baxımından bu il QHT-lər üçün gərgin il oldu. Bu gərginlik onu özündə ehtiva etdi ki, QHT-lər əvvəlki illərdən fərqli olaraq daha çox müzakirə obyekti odu. Bu müzakirələrə cari ilin ikinci yarısından başlayaraq start verildi və ilin sonunda daha da sürətləndi. Bunun da səbəbi ondan ibarətdir ki, dünyada gedən proseslər Azərbaycana qarşı olan ikili standartlar bu məsələnin önə çəkilməsini sürətləndirdi. Mütəmadi olaraq QHT-lərə ayrılan vəsait artırılır. Artıq bu kimi təşkilatlar həm Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Surası, həm Gənclər Fondu, həm də digər fondlardan vəsait ala bilirlər. Bu il həmçinin bəzi qanunvericilik aktlarına düzəliş və əlavələr edildi. Bu əlavələrin əsas mahiyyəti nədən ibarətdir? Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər var ki, həmin təşkilatlara ayrılan vəsait şəffaf deyildi. Bir növ xarici donorlar onları himayəyə götürmüşdülər. Onlara himayədarlıq edirdilər. Heç bir qrant elan edilmədən onlar bu təşkilatlara kifayyət qədər vəsait ayırırdılar. Dövlət də bunu gördü və bu yöndə şəffaflığın artırıllması üçün ciddi addım atıldı. Əgər həmin dövlətlər demokratiyadan danışırlarsa  o zaman QHT-lərə ayrılan vəsait də şəffaf olmalı idi

 

- Bəs qanunların sərtləşdirilməsi mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edən dairələrin haqsız iradlarını bir qədər də artırmayacaq?

- Mən bunu qanunların sərtləşdirilməsi kimi qəbul eləmirəm. Qanunlar heç də sərtləşməyib. Əslində qanunda boşluqlar var idi. Xaricdən maliyyələşən layihələrlə bağlı boşluqlar var idi ki, bu istiqamətdə olan boşluqlar aradan qaldırılıb. Bizim fəaliyyətimizə gəlincə atılan addımlar fəaliyyətimizə heç bir təsir göstərməyib. Əksinə mən düşünürəm ki, hər bir təşkilatın məsuliyyəti artıb.

 

- QHT-lər özləri bu problemi həll edə bilərmi?

- Bu istiqamətdə hüquq mühafizə orqanları müvafiq addımlar atıb və bəzi QHT sədrləri həbs olunub. Biz bəzi hallarda həmin təşkilatlarla görüşürdük. Onlar bunu etiraf etmirdilər. Bu bir növ gizli xarakter daşıyırdı, şəffaflıq yox idi, qapalı şəkildə fəaliyyət göstərirdilər. Avropa qurumlarına hər şeyi qara görmək kimi təqdim edirdilər. Həmin təşkilatların da dövlətdən maliyyə dəstəyi almaq imkanları olub və alıblar da.

 

- Həmin QHT-lər yeni təşkilatları öz təsirinə sala bilərmi?

-Bu addımları ilk olaraq dövlət atdı. Dövlət qadağan etmir ki, QHT xaricdən qrant almasın. Ancaq bu rəsmi qaydada olmalı, vergi ödənilməlidir. Artıq onlar gizli xarakterli 5-ci kalonluq edə bilməyəcəklər. Həmçinin əvvəlki fəaliyyətini davam etdirməyə imkanları olmayacaq.

 

- Azərbaycanda 5-ci kalon rolunu oynayanlar çoxdurmu?

- Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bununla bağlı çox böyük bir məqaləsi dərc olundu. Bu geniş təhlil olunmuş elmi əsərə bənzər məqalə idi.

 

- Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemi, xarici əlaqələrini necə qiymətləndirisiniz?

- Bu əlaqələri yüksək qiymətləndirirəm. Azərbaycan bu gün balanslaşdırılmış uğurlu xarici siyasət həyata keçirməklə həm qonşuları, həm də digər region ölkələri ilə mehriban dostluq münasibətindədir. Yeganə Ermənistandır ki, bu münasibətlərdən kənarda qalır. Azərbaycan hər zaman öz prinsipial mövqeyini ortaya qoyur, Ermənistanın işalçılıq siyasəti ilə bağlı dünyanı bir daha məlumatlandırır. Ancaq bütün bunlara baxmayaraq beynəlxalq aləm tərəfindən ölkəmizə qarşı ikili standartlar davam edir, Azərbaycan barədə qərəzli hesabatlar yayırlar.

 

- Bəs Azərbaycan ikili standartların qarşısını almaq üçün hansı addımlar atmalıdır?

- Biz Azərbaycan tərəfi olaraq öz mövqeyimizi qətiyyətlə bildirmişik.  Bu gün demokratiyadan söhbət gedirsə bu prinsiplər ilk növbədə Ermənsitanda pozulur. Azərbaycanda siyasi partiyalar, media fəaliyyət göstərirsə hansı demokratiyanın pozulmasından söhbət gedə bilər. Azərbaycan tam demokratik bir ölkədir. Bununla bağlı biz QHT-lər olaraq öz prinsipial mövqeyimizi bildirmişik və bundan sonra da bildirəcəyik.

Tarix
29 Dekabr 2014 [14:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin