Evdən kişi ilə qadının meyiti tapıldı

17:05 - 8 İyul 2019 - HADİSƏ

Daşkəsəndə evdə 2 meyit aşkarlanıb.

Rayonun İsmət Qayıbov küçəsində kirayədə yaşayan, Şəmkir rayon Təzəkənd kənd sakini 1977-ci il təvəllüdlü Ələsgərova Ayşən Nurəddin qızı və Şəmkir rayon Çaparlı kənd sakini, 1987-ci il təvəllüdlü Cəfərov Orxan Nəriman oğlunun meyitləri tapılıb.

Məlumata görə, meyitlərdən biri hamam otağında, o biri isə yataq otağında olub. Ölümün dəqiq səbəbləri məlum olmasa da, onların dəm qazından boğulması ehtimal edilir.

Faktla bağlı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır./qafqazinfo

Xəbər xətti