Bakıda oğul atasını bıçaqladı

15:44 - 8 İyul 2019 - HADİSƏ

Bakıda oğul atasını öldürməyə cəhd edib. Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. 1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan atası, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib. Mübahisə ata-oğul arasında davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına 5 bıçaq zərbəsi endirməklə onu öldürməyə cəhd edib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsilə cinayət işi başlanıb, C.Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Trend

Xəbər xətti