Bakıda əcnəbi vətəndaşın pulun oğurladılar

12:43 - 8 İyul 2019 - HADİSƏ

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti