Tanınmış müğənni Aysel Əlizadə yol hərəkəti qaydalarını pozub.
Dövlət Yol Polisi (DYP) tərəfindən keçirilən reyd zamanı sənətçi saxlanılıb. Həmin anı İTV-də yayımlanan “Qanundan kənar” proqramı lentə alıb. Polis əməkdaşları sənətçiyə 204 manat miqdarında cəriməsinin olduğunu bildiriblər. Sənətçi isə borcu ödəyəcəyini qeyd edib. /qafqazinfo