Qardaşının 40 yaşlı xanımını qətlə yetirən şəxs intihar edib

22:24 - 7 İyul 2019 - Xəbər

Abşeron rayonunda qardaşının həyat yoldaşını öldürən şəxs intihar edib.

1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu 1979-cu il təvəllüdlü Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.

Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.

***
Saat 21:15

Abşeron rayonunda qətl hadisəsi baş verib. Hadisə Qaqarin küçəsi, bina 1 ünvanında baş verib. Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib.

Hadisə nəticəsində A.Kazımova ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb./Apa

Xəbər xətti